Bakıda hədə-qorxu ilə qarşılaşan şəxs polisə müraciət edib.
7News.Az xəbər verir ki, Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Tağızada Camal Kamil oğlu 36-cı Polis Bölməsinə gedərək Rasif adlı şəxsin onu öldürmək istədiyini deyib. Şikayətçinin sözlərinə görə, həmin şəxs Zığ yolunda onu öldürəcəyini deyib və buna görə çox narahatdır.
Müraciət əsasında araşdırma aparılır.
7News.Az








