RU
Bakıda mağazada çox sayda saxta spirtli içkilər aşkarlandı - FOTO
15:30
1756

Bakıda mağazada çox sayda saxta spirtli içkilər aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan 7News.Az-a verilən məlumata görə, yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub. Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik "Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ