RU
Bakıda mağazadan oğurluq etmək istəyən yeniyetmə tutulub - FOTO
13:56
605

Bakıda mağazadan oğurluq etmək istəyən yeniyetmə tutulub - FOTO

Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından oğurluğa cəhdinin qarşısı alınıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub. 

İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərovhadisə yerində saxlanılıb. 

Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ