Obyektlərin vitrinlərində indi “kirayəyə verilir” yazısı asılıb.
Son zamanlar şəhərin mərkəzində bəzi mağazaların bağlanması çox diqqət çəkir. Uzun illər fəaliyyət göstərən obyektlərin vitrinlərində indi “kirayəyə verilir” yazısı asılıb.
Ənənəvi həftəsonu gəzintisində Bakının mərkəzi küçələrindən birində yerləşən United Sport idman malları mağazasının da qapılarını bağlı gördük.
Bizdən başqaları da mağazanın qarşısında ayaq saxlayıb artıq boş qalmış vitrinlərə maraqla boylanırdılar.
Həmin küçənin əsas ticarət obyektlərindən olan və idman həvəskarlarının tez-tez üz tutduğu mağazanın da qapanması xeyli təəccüblü gəldi.
Həmkarlarımla bu məsələni müzakirə edərkən hərə bir fikir səsləndirdiyi üçün vəziyyətlə bağlı dəqiq məlumat almaq qərarına gəldim.
Odur ki, United Sport-un səlahiyyətli nümayəndəsi ilə əlaqə saxladım və onun dəvəti ilə şəhərin mərkəzi ünvanlarından birində yerləşən bir məkana baş çəkdim. Düşünürəm ki, aldığım rəsmi açıqlama və burada gördüyüm mənzərə mağazanın bağlanmağına təəssüflənənlər üçün sevindirici olacaq.
Məlum oldu ki, United Sport-un mərkəzi mağazası Səməd Vurğun küçəsi, 34 ünvanında yerləşən AF Mall ticarət mərkəzinə köçüb.
Yerdəyişmənin səbəbi mağazanın yeni konsepsiyasının və ona uyğun olaraq, kolleksiyalarının daha geniş məkan tələb etməsidir. İkiqat geniş məkana malik yeni mağaza müştərilər üçün rahat parkinq imkanı olan əlverişli ərazidə yerləşir. United Sport-AF Mall müştərilərini 2015-2016 payız-qış kolleksiyaları ilə qarşılayacaq. Mağazada yay kolleksiyalarına 70% endirim isə yeni ünvana gələnləri əliboş qaytarmayacaq.
Bundan sonra müştərilərinə daha geniş çeşid təklif edəcək United Sport dünyanın 40-dan artıq tanınmış idman brendinin məhsullarını təqdim edir.
Yeni mağazada brendlərin sayı və kolleksiya rəngarəngliyi istər peşəkar idman, istərsə də, gündəlik sərbəst üslubunda idman geyimləri seçənlərə bol çeşid imkanı verir.
United Sport Adidas, Nike, Puma, Reebok, The North Face, Le Coq Sportif, Scott, Сube, Life Fitness, Converse, Lotto, Fila kimi bir çox məşhur brendlərin rəsmi təmsilçisidir. Mağaza geniş yaş kateqoriyasına idman üçün lazım olan hər şey – geyim, ayaqqabı, idman alətləri və avadanlığı, trenajorlar, velosipedlər – təklif etməklə idman brendlərinin rəsmi təmsilçisi kimi sağlam həyat tərzinin önəmini vurğulayır. Hər bir müştərinin istək və maraqlarını diqqətdə saxlamaq məqsədilə burada xüsusi məsləhətçi qrupu da xidmət göstərir.
Rəsmi təmsilçi olan United Sport univermağında dünyanın lider velosiped brendlərinin - Cube, Scott, Cannondale, Focus, Bianchi, Cervelo - orijinal və innovativ modelləri də çox geniş çeşiddə təqdim olunur.
Qeyd edək ki, United Sport-un mərkəzi mağazasından başqa Əhmədli və Şüvəlan filialları da fəaliyyət göstərir./oxu
7news.az
//







