RU
Bakıda marşrut avtobusu daha bir AĞIR QƏZA TÖRƏTDİ: ÖLƏN VAR
10:48
473

Bakıda marşrut avtobusu daha bir AĞIR QƏZA TÖRƏTDİ: ÖLƏN VAR

Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.

7News.Az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusla yolu keçən Çingiz Haqverdiyevi vurub.

 

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./trend

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ