RU
Bakıda
10:50
218

Bakıda "Maserati" 25 yaşlı qızı vurub öldürdü

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" bildirir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı 10-XE-011 dövlət qeydiyyat nişanlı avtomobillə vurulub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ