Bakı şəhərinin Xətai rayonunda Lada markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
7News.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:45-də başa çatıb.








