RU
Bakıda maşın ağaca çırpılıb
23:06
327

Bakıda maşın ağaca çırpılıb

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Tbilisi prospektində qeydə alınıb.

Prospektlə "20 Yanvar" dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" maşın ağaca çırpılıb. Qəza nəticəsində sürücü və 3 sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, dörd yaralıya tibbi yardım göstərilir. Onların adları dəqiqləşdirilir.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İdarənin istintaq şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin ehtimala görə, qəzaya sürücünün sürət həddini aşması və nəticədə idarəetməni itirməsi səbəb olub. Qeyd edək ki, Tbilisi prospektinin qəza baş verən hissəsində icazə verilən maksimal sürət həddi 60 km/saatdır./musavat

7news.az

Bakıda maşın ağaca çırpılıb - 4 yaralı - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ