RU
Bakıda maşın piyadanı vurub öldürdü
16:00
498

Bakıda maşın piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

7News.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 

1967-ci il təvəllüdlü Dadaşov Dmitri Hacıyeviç idarə etdiyi "Ford” markalı avtomobillə, Yeni Suraxanı qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Muradov Rövşən Ramiz oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ