RU
Bakıda maşın qatarla toqquşdu - Ölən var
12:17
511

Bakıda maşın qatarla toqquşdu - Ölən var

Bakıda minik avtomobili yük qatarı ilə toqquşub.

Hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi "VAZ-21074” markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb.

Sürücü V. Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./apa
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ