Bakıda avtomobil qəzasında ağır xəsarət alan 53 yaşlı süpürgəçi dünyasını dəyişib.
Bu barədə 7News.Az-a 3 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib.
Dünən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı aldığı ağır xəsarətlərdən vəfat edib:
"Xəstənin vəziyyəti ağır olub. Dünən əməliyyatdan sonra günorta saatlarında dünyasını dəyişib”.
6 dekabr, 08:32
Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az-ın məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, "Bağırov” körpüsünün yaxınlığında baş verib.
Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








