RU
Bakıda maşın yandırmaqda şübhəli bilinən iki qardaş saxlanılıb
16:00
2517

Bakıda maşın yandırmaqda şübhəli bilinən iki qardaş saxlanılıb

Bakıda qardaşlar avtomobili yandırıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus "Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri - R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ