Bakıda məhkum kustar üsulla tapança hazırlayıb.
7news.Az-ın report-a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
7news.Az








