Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.
Penitensiar xidmətdən verilən məlumata görə, nəticədə Cinayət Məcəlləsinin 234.1, 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








