RU
Bakıda məktəbdə bıçaqlanma oldu
10:00
788

Bakıda məktəbdə bıçaqlanma oldu

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

7news.Az xəbər verir ki, SalamNews-un əldə etdiyi məlumata görə, bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Yusifova Zərifə təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ