RU
Bakıda məktəbdə kütləvi zəhərlənmə - 9 şagird təcili xəstəxanaya yerləşdirildi
11:06
459

Bakıda məktəbdə kütləvi zəhərlənmə - 9 şagird təcili xəstəxanaya yerləşdirildi

Paytaxtın Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə doqquz şagird zəhərlənib.

7News.az xəbər verir ki, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildiriblər ki, uşaqlardan səkkizi hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alır. (trend)
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ