RU
Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - FOTO / VİDEO
10:20
193

Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - FOTO / VİDEO

Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-ci ildə 960 nəfərlik yeni məktəb binası tikilib.
 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ