RU
Bakıda məktəbli bıçaqlanıb
13:30
677

Bakıda məktəbli bıçaqlanıb

Məktəblini bıçaqlayan şəxs tutulub.

Bakıda orta məktəb şagirdini bıçaqlayan şəxs tutulub.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də 15 yaşlı Kamran Abbaszadəyə bıçaqla xəsarət yetirən şəxsin Bakı şəhər sakini Kənan Qasımov olması müəyyən edilib və o, saxlanılıb.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

12:33

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Qeyd edək ki, bıçaqlanan K. Abbaszadə orta məktəb şagirdidir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ