Bakıda bıçaqlanma hadisəsi baş verib.
7news.Az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 1-in qarşısında 2000-ci il təvəllüdlü Kərimov Tural Ərtoğrul oğlu bıçaqlanıb.
Qarın nahiyəsindən 2 daxilə nüfuz edən xəsarət alan 16 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, bıçaqlanan T.Kərimov orta məktəb şagirdidir.
7news.Az








