RU
Bakıda mənzil yandı - Evdən cəsəd tapıldı
15:36
239

Bakıda mənzil yandı - Evdən cəsəd tapıldı

Bakıda mənzil yanıb, ev sahibəsinin cəsədi tapılıb.

7News.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.//report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ