RU
Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb
00:23
264

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 22:06-da başa çatıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ