Bakıda mənzildən meyit tapılıb.
7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
7NEWS.Az








