RU
Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb
13:00
313

Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb

Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb.

Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ