RU
Bakıda mənzildə kişi meyiti tapıldı
17:40
410

Bakıda mənzildə kişi meyiti tapıldı

Xətaidə mənzildə kişi meyiti tapılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 11:54-də başa çatıb.​

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ