RU
Bakıda mənzildə partlayış
14:45
270

Bakıda mənzildə partlayış

DİN məlumat yaydı.

Bakının Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Bu barədə DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, hadisə noyabrın 19-da saat 17 radələrində baş verib.

Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb.

Orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ