FHN məlumat yaydı.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
7News.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:26-da başa çatıb.
7News.Az








