Bakıda mənzildə kişi meyiti aşkar olunub.
7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1978-ci il təvəllüdlü Qasımov Vüsal Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
7NEWS.Az








