RU
Bakıda mənzildən 50 minlik qızıl oğurlandı
11:23
901

Bakıda mənzildən 50 minlik qızıl oğurlandı

Cinayətkar tutulub.

Bakıda yaşayış evindən oğurluq edilib.

7news.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ