RU
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb
13:15
611

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb

Avqustun 29-da Bakı şəhər sakini Aslan Yaqubovun evindən 50 000 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakini Ruslan Qurbanov tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ