RU
Bakıda mənzildən qadın meyiti tapılıb
12:24
1188

Bakıda mənzildən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən 7news.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb.

Orada 1959-cu il təvəllüdlü Həsənova Firuzə Fətqul-Qədirovnanın meyiti aşkarlanıb. Qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ