Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elman Emilovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
7news.Az Report-a istnadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Emilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Emilov Bakı şəhərində müxtəlif evlərdən külli miqdarda oğurluq edib. O, ötən il polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı tutulub. E.Emilov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
7news.Az








