RU
Bakıda mənzilləri qarət edən cinayətkar tutuldu
12:57
379

Bakıda mənzilləri qarət edən cinayətkar tutuldu

Qənbərov özünü müxtəlif adlarla təqdim edirmiş.

Bakıda silsilə ev oğurluqları törədən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 18-də saat 14 radələrində A.Nemətulla küçəsində Aynur İmamverdiyevanın mənzilinə su idarəsinin işçisi kimi daxil olmaqla dolabdan 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1981-ci il təvəllüdlü Vüsal Akif oğlu Qənbərov tutulub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 29-da saat 13 radələrində özünü usta kimi təqdim etməklə Azadlıq prospektində 1934-cü il təvəllüdlü Şərqiyə Tağıyevanın mənzilindən 190 manat pulunu və iki ədəd qızıl bilərzik, avqustun 19-da saat 13 radələrində Nizami rayonunda Q.Qarayev prospektində 1969-cu il təvəllüdlü Vaqif Zeynalova özünü istilik idarəsinin işçisi kimi təqdim etməklə mənzildən 10 000 manat və qızıl boyunbağı, oktyabrın 5-də saat 11:45 radələrində, Nəsimi rayonu M.Qardaşları küçəsində 1982-ci il təvəllüdlü Aysel Cennerə özünü qonşu kimi təqdim edib qızdırıcıya baxmaq adı ilə mənzildən 2 ədəd qızıl bilərzik, oktyabrın 26-da saat 13 radələrində H.Cavid prospektində 1942-ci il təvəllüdlü Tamella Hacıyevaya özünü qaz idarəsinin işçisi kimi təqdim etməklə qızıl-zinət əşyalarını talayıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ