RU
Bakıda
15:20
328

Bakıda "Mercedes" ağır qəza törətdi – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

7News.Az publika.az-a istinadən xəbər verir ki, dünən saat 20 radələrində Suraxanı rayonu ərazisində - Yeni Suraxanı qəsəbəsində "Mercedes” markalı, 90 RR 906 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən 44 yaşlı kişini vurub.

Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ