Bakı-Sumqayıt yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
7news.Az-ın "Report”a istinadən məlumatına görə, Hüseynov Vahid İsmayıl oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil yük maşınına çırpılıb.
Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı BDYPİ araşdırma aparır.
7news.Az








