Nazirlik araşdırmalara başladı.
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
DİN-dən 7news.Az-a daxil olan məlumata görə, hadisə artın 16-da saat 22 radələrində Suraxanı rayonunda baş verib.
Belə ki, Suraxanı rayonunda Bülbülə qəsəbəsində yerləşən mərmər sexlərindən birində Kəngərli rayon sakini Murad Həsənov və Yevlax rayon sakini Məhəmməd Zeynalov avtomobildən mərmər boşaldarkən yük üzərlərinə aşıb. Bunun nəticədə onlar hadisə yerində ölüblər.
Araşdırma aparılır.
Onların cəsədləri mərmər lövhələrin altından çıxarılıb.
Bakıda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb.
7news.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:14-də başa çatıb.
7news.Az








