Bakıda dönərxanada yanğın olub.
7News.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən "Döner House" adı ilə fəaliyyət göstərən iaşə obyekti yanıb.
Yanğın FHN-in yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğına səbəb kimi elektrik naqillərinin birləşməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.//report
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










