Bakıda məşhur mağazalardan biri müştərilərinə qiymət fərqi tətbiq etməkdə suçlanır.
7News.az xəbər verir ki, sözügedən mağaza Bakıda yaxın aylarda istifadəyə verilən "Gənclik mall"da yerləşən "Terranova" mağazasıdır.
Bu barədə saytımıza müştərilərdən biri xəbər verib. Şikayətçinin sözlərinə görə, həmin mağaza müştəriləri özünə cəlb etmək üçün mağazanın girişində böyük hərflərlə aşağı qiymətdə olan geyimləri təqdim edir. Hətta həmin qiymətlərdə olan paltarların üzərində üzüaşağı böyük ox işarəsi də qoyulub.
"Ötən gün "Terranova" mağazasından xanımım üçün geyim almaq istəyirdim. Həmin geyimin üzərində 14 AZN yazılmışdı. Uyğun ölçüdə olan paltarlardan birini götürərək kassaya yaxınlaşdım.
Kassada paltarın üzərində olan birkanı kompüterə vurduqda onun qiyməti 14 manat deyil, 19.90 olduğunu göstərdi. Təəccüblənərək geri qayıdıb həmin geyimin asıldığı yerə yaxınlaşdım və yenidən gözümün şahidi oldum ki, paltarların üzərində 14 azn yazılıb. Satıcılardan soruşduqda isə bu qiymətin başqa paltarlar üçün nəzərdə tutulduğunu söylədilər.
"Terranova"nın güzəştli, endirimli qiymət tətbiq etdiyi malları sonradan müştəri kassaya yaxınlaşanda tam başqa qiymətlə hesablaması, ən azı, sual doğurur. Müştərilərin dediklərinə görə, onlar uzun-uzadı çək-çevirdən qurtulmaq üçün məcbur qalaraq "güzəştli", amma fərqli qiymətdə geyimlər alırlar.//milli.az
7News.az










