RU
Bakıda məşhur mağazanın anbarını yardılar
12:42
892

Bakıda məşhur mağazanın anbarını yardılar

DİN məlumat yaydı.

Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub.

7News.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 2-də baş verib.

Belə ki, Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ