Bakıda dəniz sahilindəki restoranlardan birində ölüm hadisəsi baş verib.
7news.Az-ın APA-ya istinadən məlumatına görə, Pirşağı qəsəbəsində yerləşən "Həyat” restoranında yeyib-içən müştəri, 1957-ci il təvəllüdlü Miryavər Ağanəsir oğlu Həbibov qəfildən ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








