“Elmlər Akademiyası" metro stansiyasının yeni tikilən çıxışları oktyabrın sonunadək hazır olacaq. Bunu Trend-ə ərazidə işləyən fəhlələr deyib.
İşçilərin sözlərinə görə, artıq əsas işlər görülüb: "Hazırda çıxışın ətrafındakı yerlərə tametlər vurulur. Eskalatorlar hazırdır. Bütün infrastruktur işləri yekunlaşıb. İndi kosmetik işləri görürük. Yəqin ki, bu ayın sonuna işlər yekunlaşacaq. Çıxışlar noyabrın 1-də istifadəyə verilməlidir”.
Qeyd edək ki, stansiyada dörd əlavə çıxış inşa olunur.
Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektində, digər ikisi isə Elmlər Akademiyasının Kitabxanasının yaxınlığında olacaq./atv
7news.az












