RU
Bakıda metro stansiyasının qarşısında yeniyetməni ölümcül hala saldılar
14:10
514

Bakıda metro stansiyasının qarşısında yeniyetməni ölümcül hala saldılar

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 Nəsimi rayonu ərazisində - 20 Yanvar dairəsində (metronun eyniadlı stansiyasının qarşısı) naməlum avtomobil 14 yaşlı oğlanı vurub. Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirərək uzaqlaşıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ