RU
Bakıda metro yaxınlığında qadını bıçaqladılar
20:45
518

Bakıda metro yaxınlığında qadını bıçaqladılar

Bakıda qadın bıçaqlanıb.

7news.az  lent.az-a istinadən məlumatına görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində - metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib. 1984-cü il təvəllüdlü Nəbiyeva Günel Ramazan qızına yaxınlaşan şəxs və ya şəxslər bıçaqla ona xəsarətlər yetirib. Bıçaq zərbələrindən biri 31 yaşlı qadının bel nahiyəsindən daxilə nüfuz edib. O, ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil.

G.Nəbiyevanın hansı səbəbdən bıçaqlanması da hələlik dəqiqləşməyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ