RU
Bakıda minik avtomobili ilə evakuator toqquşdu: Ölən var
15:50
393

Bakıda minik avtomobili ilə evakuator toqquşdu: Ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes” markalı minik avtomobili və "Mercedes” markalı evakuator toqquşub.

7news.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramizqızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ