RU
Bakıda minik avtomobili “KamAZ”la toqquşub, bir nəfər ölüb
13:20
165

Bakıda minik avtomobili “KamAZ”la toqquşub, bir nəfər ölüb

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi "Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi "KamAZ” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ