RU
Bakıda müştəri çay evinin pəncərələrini və əşyalarını qırıb
12:40
408

Bakıda müştəri çay evinin pəncərələrini və əşyalarını qırıb

Nərimanov rayonunda müştəri xuliqanlıq zəminində iaşə obyektinə zərər vurub.

7News.Az ONA-ya istinadla xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.

Belə ki, Anar Allahverdiyevə məxsus çay evində müştəri olan Vüqar Qurbanov mübahisə zəminində əvvəlcə çay evindəki bütün stəkanları və çaynikləri yerə çırparaq sındırıb. Daha sonra o, obyektin pəncərələrini daşla qırıb.

Obyekt sahibi V.Allahverdiyev bu barədə Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ