RU
Bakıda müştəri “moyka”da işçini döyüb xəstəxanalıq etdi
12:50
241

Bakıda müştəri “moyka”da işçini döyüb xəstəxanalıq etdi

Xəzər rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

7News.Az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində avtoyuma sexində baş verib.

Orada avtoyuyucu işləyən 1975-ci il təvəllüdlü Xaləddin Xaləddinov döyülüb. X.Xaləddinovun Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi ilkin izahata görə, onu Şahin adlı avtomlbil sahibi dəmir alətlə döyüb.

Qeyd edək ki, yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ