RU
Bakıda naməlum şəxslər küçədə 24 yaşlı şəxsi döyüb qarət etdilər
11:15
299

Bakıda naməlum şəxslər küçədə 24 yaşlı şəxsi döyüb qarət etdilər

Bakıda naməlum şəxslər küçədə vətəndaşa hücum ediblər.

7News.Az  xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Niftullayev Elnur Aydın oğlu səhər saat 06 radələrində həmin ərazidə olarkən 4 nəfər naməlum şəxs ona hücum edib. Həmin şəxslər E.Niftullayevi döyərək cibindən 100 manatını götürüb hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ