RU
Bakıda namus davası
12:47
925

Bakıda namus davası

Fəhlə beli götürərək Bəbirova zərbə endirib.

Şənbə günü Bakının Xəzər rayonunda silahlı qarşıdurma baş verib, nəticədə bir nəfər yaralanıb, bir nəfər isə ölüb.

Bu barədə Xəzər rayon Prokurorluğundan bildiriblər.

Hadisə Xəzər rayonu Qala qəsəbəsində İsgəndər Bayraməli oğlu Bəbirovun evində qeydə alınıb. Ev sahibi 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib, daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N.Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Törətdiyi əməldən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib, saxlanılan şəxs əslində iki nəfəri – öz arvadını və polisi öldürmək istədiyini bildirib.

Bəbirov onların arasında sevgi münasibətlərinin olmasından şübhələnib.

Bəbirov başqa evdə yaşadığını bildirib.

O qeyd edib ki, səhər bura arvadını və polisi bir yerdə yaxalamaq ümidi ilə gəlib, amma alınmayıb.

Muradov şənbə günü Bəbirovun evinə təmiri başa çatdırmaq üçün fəhlə gətirib. Bəbirovun arvadı onunla olmayıb. Evində yad kişi görən Bəbirov ona iki dəfə atəş açıb. Güllələrdən biri Muradovun sinəsinə, digəri isə üzünə dəyib. Polis yerində keçinib.

Zərərçəkən Şəbiyevin sözlərinə görə isə, Muradovu güllələdikdən sonra Bəbirov yenidən silahını doldurub.

Şəbiyev başa düşüb ki, ona mane olmasa polisin başına gələnlər onu da gözləyir. Fəhlə beli götürərək Bəbirova zərbə endirib.

Bəbirov yıxılıb, amma bıçağa əl ataraq Şəbiyevə bir neçə zərbə endirib, zərbələr əsasən ayağına dəyib.

Muradovun da evli və iki övlad atası olduğu bildirilir.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

10:01

Bakıda silahlı insident olub.

Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ