RU
Bakıda narkotacir saxlanılıb - FOTO
13:22
371

Bakıda narkotacir saxlanılıb - FOTO

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilir ki, həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq  M.Novruzovdan əlavə satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin  İstintaq Şöbəsinə göndərilib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ