RU
Bakıda narkotacirə hökm oxunub
21:50
1191

Bakıda narkotacirə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Rəsulov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Rəsulov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ondan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ